Playlisty Kecárna
Reklama

Salam Allah - text

playlist Playlist

Ukaž píseň na Facebook

Salam Tanrı, neçə vaxdı buralara gəlmirəm mən.
Bilmirəm haradan başlıyım hələ başlayacam əvvəldən.
O, tər-təmiz illərdən, nə vaxt ki qəlbim günahsız.
Ən yaxın dostlarımla bu məscidə gəlirdim mən.
Zəif və gücsüz dizlər, çökərkən dualarda.
Qıldığım hər namaz çökdüyüm hər səcdə yadımda.
Yadımda səni görmək arzuları və dərin hisslər.
Mən onda dəqiq bilirdim kimdi yaxşılar, kimdi pislər.
Uca Allah, indi hisslərimdə məftillər və qan.
Mənim içimdə indi dustağ yatır yaxşı insan.
Güzgüdən baxan adamda deyil artığ mənim əksim.
Titriyən dizlərim günahlarıma bağırır təslim.
Səndəndə gəlmədikcə səs ya mən eşitmədikcə.
Daşlandıqca ruhum vicdanım iradəmi əzdikcə.
Hər əsdikcə, payız küləkləri gəldikcə xəzan.
Tüklərim biz-biz durur, dözmək çətin demək asan.
Kimlərə çevirdi zaman və bu acı üsyanlar.
Sən demə doluymuş çirkabla həyat çirkab insanlarla.
Sən demə doluymuş yalanla Ətrafım nifrətlə.
Yaxınlarım gözlüyürmüş yıxılmağmı həsrətlə.
Belimi sındırsalarda kəssələrdə əllərimi.
Ancaq Sənin qarşında çökəcək mənim dizlərim.
Və rəngbərəng adamların üstünü örtdükcə qar.
Baxıram etrafima səndən, başqa de, kimim var.
Uca Allah, göndər səmadan mələk qurtar məni.
Bu bədən ruhuma zindan saxlıyır dustağ məni.
Burax məni, mən artıq öyrəndim gəzməyi Allah.
Və nə vaxt yıxılsamda biləcəm ki, günah mənim.
Sınağ mənim, mən özüm dözməliyəm bunlara Tanrı.
Sınağ mənim, mən özüm tanımalıyam insanları.
Vicdalarını taparaq hardasa icdə.
Mən bilirəm çirkli qəlblərində bir mələk gizlər.
Ay Allah, keç günahından mənim valideynərimin.
Bağışla yaxınlarımı, dostlarımı, bağışla məni.
Bağışla millətimi və bağışla bu avam xalqı.
Onlar bilmir nə eləyir, qulaqlar kor gözlər bağlı.
Və əgər çıxacaqsa içlərindən bircə insan.
Bircə insan anlasa ki, içində var təmiz vicdan.
Cəmi bir nəfər ürəkdən inanacaqsa sənə.
Mən biləcəm ki, ölmüyüb sağdı Azərbaycanda İslam.

Text přidal molko23

Video přidal molko23

Je zde něco špatně?
Reklama
Reklama

Nezařazené v albu

Reklama
Tento web používá k poskytování služeb, personalizaci reklam a analýze návštěvnosti soubory cookie. Používáním tohoto webu s tím souhlasíte. Další informace.