Playlisty Kecárna
Reklama

Bayraq - text

playlist Playlist
Salam, üç rəngli bayraq, mən yalançıyam.
Mən ancaq bayram günlərində sevirəm səni.
Əzbər bilirəm yüz fahişənin nömrəsini.
Amma çoxdan unutmuşam himinimizin sözlərini.
Xaricə gedəndə deyirəm ki, guya Türkiyədənəm.
Mən utanıram Azərbaycan sözünü işlətməkdən.
Erməni diasporasi soyqırımlar uydurduqca.
Mən Bakıda məşğulam ancaq qız fırlatmaqla.
Ya da ki, çayxana, qeybət dalıyca qeybət.
Sevmək əvəzinə millətimə eləyirəm nifrət.
Rüşvətxor müəllimlərin savadsız tələbəsi.
Qeyrətin məğlubiyyəti fastfood'un qələbəsi.
Mən baxıram ancaq səviyyəsiz verlişlərə.
Əttökən aparıcılar, səviyyəsiz müğənnilərə.
Mən indi yaşayıram sms və mms'lə.
Çoxdan unutmuşam nədir kişi kimi üzbəüz söhbət.
Salam, bayraq, mən sənin nankör övladın.
Yüz yola əl atıram əsgərlikdən qaçmaqçün.
Sən mənə verdin həyat, mənə verdin azadlıq.
Yaxşı, bəs mən nə eləmişəm sən bayraqçün.
Mənə lazımdı toppuş bacılar və toyxanalar.
Amma toz altında məhv olur böyük kitabxanalar.
Mənə lazımdı falçılar, bir də ki, fahişələr.
Bir də lazımdı bir neçə isti, duzlu paçka dollar.
Mən sənə layiq deyiləm, ey, üç rəngli bayraq.
Mənim çoxdan vecimə deyil Qarabağ.
Beynimdə ancaq pul yığmaq yastıq altına.
Birinci telefonu dəyişmək, ikinci maşın almaq.
Mən vergi verməməkçün evə naqil çəkdirirəm.
20 Yanvar'da baxıram MTV'yə internetdən.
Düşmənin ermənidi sənin, ey, üç rəngli bayraq.
Amma sənin nankor oğlun bu gün pisdir ermənidən.
Bağışla, bayraq, ola bilmədim sənin qəhrəmanın.
Bağışla, yağır yağışlar, qanlı yağışlar.
Bağışla, xalqım, ola bilmədim sənin qəhrəmanın.
Bağışla, yağır yağışlar, qanlı yağışlar.
Bağışla məni bayraq, bağışla məni torpaq.
Mənim ən böyük arzum köçmək burdan, Green Card.
Bağışla məni millət, bağışla məni xalq.
Mən unutmuşam nədir vətəndaş olmaq.
Bağışla məni ana, mən tərbiyəsiz böyüdüm.
Sən mənim gələcəyimi tamam başqa cür görürdün.
Bağışla məni ata, kişilik dəbdə deyil.
O vaxt Qarabağda sən heç nə üçün döyüşürdün.
Bağışla məni Allah, mənim dinim Versace.
Məscidim bar, peyğəmbərlərim ulduzlar.
Bağışla məni Tanrı, mən günahkar insan.
Qaranlıq səmamda parlamır ulduzlar.
Bağışla məni həyat.
Mən yaşadım ancaq yatmaqçün, gəzməkçün, yəməkçün, doymaqçün.
Bağışla məni bayraq.
Bağışla məni bayraq, sənə yazdığım mahnını da yazdım məhşur olmaqçün.

Text přidal molko23

Video přidal molko23

Je zde něco špatně?
Reklama
Reklama

Nezařazené v albu

Reklama

QaraQan texty

Tento web používá k poskytování služeb, personalizaci reklam a analýze návštěvnosti soubory cookie. Používáním tohoto webu s tím souhlasíte. Další informace.