Playlisty Kecárna
Reklama

Hardadır - karaoke text

0:00 / 0:00
Səni mən oğurladım cənnətdənSən mələksən,gözlərin cəngərliklərində mən tamam azdımDedim yazmıyacam bir də sevgidən mənDedim yazmıyacam yazmıyacam və sonda yazdımİstədim günəş olum ki hər səhər səni görüm çıxandaİstədim külək olum ki rəqs edim saçlarınlaHəyat çox mürəkkəbdi, bəzən dözülməz yaşamaqAma ki sən varsan həyatın ən çətin anlarındaQələmi göz yaşıyla suladığım bu bəyaz sətirlərBi kimik ki sevgi qapısında kasıb səfillərBiz kimik ki uzun bir əsərdə bir neçə cümləBiz kimik ki yuxardan baxsan bir neçə nöqtəSənin baxışların danışırdı başqa dildəElə bil ilk dəfəydi həyatında məni görürdünBəlkədə əvvəllər baxırdın bir dost kimiAma bu gün son baxışlarında məni sevirdinQara divarda bəyaz təbaşirlə günəş çəkdimMən hələ son yüz ildə bu qədər sevməmişdimSənin bəbəylərin məni dərinliyinə çəkdiMən hələ bu qədər dərinliydə üzməmişdimHardadır külək? Hardadır yağış?Hardadır mənim sevgilim hardadır?Hansı evdə?Hansı pəncərələrdə?Hansı binalarda? Hansı küçələrdə?Hardadır mənim sevgilim hardadır?Hansı evdə?Hansı pəncərələrdə?Hansı binalarda? Hansı küçələrdə?Yaxınlaşır noyabr,otaqda isti kaminBizim hisslərimizi sanki təsvir edib DaliQorxurdum gözlərindən,qorxurdum soyuq səsdənSən bəzən bilmədən incidirdin bəzən qəsdənRadio dalğaların zərif xışıltısına daldıqİnsanlar qaçdılar,getdilər biz burda qaldıqİndi şəhər tamam boş, Bakıda yoxdu heçkəsYa da ki şəhər doludu sadəcə biz gözə görünməzKeçər illər sən olarsan xoş bir nostaljiKöhnə fotoalbom sirləriylə bölüşdükcəUşaqlıq illərinin səliqəsiz xatirəsiBarmağım şəkildəki gözlərinlə sevişdikcəUzun illər sonra şıltaq sevgi həvəsindəMən indi qul olmuşam azadlığın qəfəsindəVə bəlkə bir gün sən yadına salıb sevgimiziSakitcə ağlıyarsan otağın bir köşəsindəHardadır külək? Hardadır yağış?Hardadır mənim sevgilim hardadır?Hansı evdə?Hansı pəncərələrdə?Hansı binalarda? Hansı küçələrdə?Hardadır külək? Hardadır yağış?Hardadır mənim sevgilim hardadır?Hansı evdə?Hansı pəncərələrdə?Hansı binalarda? Hansı küçələrdə?Sən yoxsan yanımda. Yaxşı bəs hardasan sən?Bəlkə gizlənirsən boz kütlənin arasında?Mən səni görməsəmdə,tanıyıb bilməsəmdəBil ki sevgimizi dəyişmərəm başqasınaSəni tanıyacam mən yazacağam məktublardanYa da ki gözlərin əridərək divarlarıMən yığıb ümidlərimdən sənə bir gül dəstəsiSən gizlədərsən başqalarından onlarıGörüşür gözlərimiz hər gecə ulduzlardaSən məni tanıyırsan,bütün həyatım mahnılardaMən səni görməmişəm tanıyıram yuxulardanBilirəm bir gün səni tapacam EsmeraldamQurduğum xəyallar tək, vurulub ilk baxışdanBiz rəqs edərik dəli kimi küçənin ortasındaHəyatımız nağıldı, sevgi növbəti səhifəGörəsən nə gizlənir o səhifənin arxasında?Hardadır külək? Hardadır yağış?Hardadır mənim sevgilim hardadır?Hansı evdə?Hansı pəncərələrdə?Hansı binalarda? Hansı küçələrdə?Hardadır külək? Hardadır yağış?Hardadır mənim sevgilim hardadır?Hansı evdə?Hansı pəncərələrdə?Hansı binalarda? Hansı küçələrdə?Hansı səkilərdə? Hansı şəhərlərdə?Hansı nömrələrdə? Hansı mənzillərdə?Hansı otaqlarda?Mənim sevgilim dinliyir sakitcə məni dinliyir..

Ohodnoť karaoke text:

Hodnocení uloženo

Karaoke přidal molko23

Reklama
Tento web používá k poskytování služeb, personalizaci reklam a analýze návštěvnosti soubory cookie. Používáním tohoto webu s tím souhlasíte. Další informace.